Gürcüstan parlamentində əlbəyaxa dava - Video

gurcustan-parlamentinde-elbeyaxa-dava
Oxunma sayı: 3963

Gürcüstan parlamentinin komitə iclası zamanı dava düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Belə ki, müzakirə vaxtı müxalif deputatlar vətəndaş cəmiyyəti nümayəndələrini iclasa daxil etmək istəyiblər.

Lakin parlamentin müxalif olmayan deputatları buna etiraz edib. Nəticədə fiziki qarşıdurma baş verib.

Qarşıdurma nəticəsində iclasın təxminən 40 dəqiqə gecikdiyi bildirilib.

Həmin görüntüləri təqdim edirik: