Gürcüstan Səfirliyi Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

gurcustan-sefirliyi-kelbecerdeki-facie-ile-bagli-bassagligi-verdi
Oxunma sayı: 1364

Gürcüstanın Azərbaycandakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında hadisə zamanı Azərbaycanın 2 KİV nümayəndəsinin və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin öldüyü deyilir.

“Səfirlik azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə başsağlığında bildirilir.

Qeyd edək ki, "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində həlak olublar.