Gürcüstanda ticarət mərkəzləri və restoranlar açılır

gurcustanda-ticaret-merkezleri-ve-restoranlar-acilir
Oxunma sayı: 2099

Gürcüstanda ticarət mərkəzləri və restoranların fəaliyyəti iyunun 1-dən etibarən bərpa olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya açıqlama verib: “1 İyun tarixindən etibarən ticarət mərkəzləri, açıq və qapalı bazarlar və açıq məkana sahib restoranlar fəaliyyət göstərməyə davam edəcək. 8 iyun tarixindən etibarən isə bütün növ restoran xidmətləri bərpa ediləcək və həmçinin Səhiyyə Nazirliyinin yoxlamaları nəticəsində icazəsi olan otellər də açılacaq”.

Bununla yanaşı Qaxariya qeyd edib ki, tibbi maskalardan istifadə və gigiyena standartlarına riayət etmək məcburi qayda olaraq qalacaq.