Güzdəkdə daş karxanasında dəhşətli hadisə

guzdekde-das-karxanasinda-dehsetli-hadise
Oxunma sayı: 3011

Abşeron rayonu Daş Güzdək qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.