“Hacının yerinə mən danışacam...” - - Parlamentdə mübahisə

hacinin-yerine-men-danisacam-
Oxunma sayı: 5821


“Qafqazinfo” xəbər verir ki, deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan daha beş dəqiqə artıq danışmaq istədiyini bildirib. O, hətta bu məqsədlə bəzi Həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib və əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq. Spiker Oqtay Əsədovun buna cavabı isə çox maraqlı olub: “Siz nə vaxtdan Hacı olmusunuz? Sizə kim vaxtını verib?”.

Zahid Oruc  belə cavab verib: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.

Spiker də “ Elə buna görə də, əlavə vaxt vermirəm”-deyə, deputata cavab verib. 

Günel