Haluk Leventə aid olan dərnəyin ləğv edilməsi prosesi başladı - Qəyyum təyin edildi

haluk-levente-aid-olan-derneyin-legv-edilmesi-prosesi-basladi
Oxunma sayı: 411

İstanbul Baş Prokurorluğunun yürütdüyü “Ahbaplar Cinayət Təşkilatı” istintaqı çərçivəsində “Ahbap” Dərnəyinin bütün əmlakının idarəetmə səlahiyyəti qəyyuma həvalə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, İstanbul 8-ci Sülh Cəza Məhkəməsi dərnəyə məxsus daşınmaz əmlakların, nəqliyyat vasitələrinin, bank hesablarındakı nağd vəsaitlərin və digər mülkiyyət dəyərlərinin idarə olunması məqsədilə 3 nəfərin qəyyum olaraq təyin edilməsinə qərar verib.

Məhkəmə qərarında dərnəyin təsisçisi Haluk Levent ilə bəzi idarə heyəti və nəzarət şurası üzvlərinin həbsdə olduğu, bəziləri barəsində isə məhkəmə nəzarəti qətimkan tədbirinin seçildiyi diqqətə çatdırılıb. Həmçinin dərnəyin hesabları və əmlakları üzərinə həbs qoyulduğu, fəaliyyətinə xitam verilməsi prosesinin başladıldığı bildirilib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun “Ahbap” Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri Haluk Levent barəsində saxlanılma qərarı verilib. İddialara əsasən, o, 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb, bunun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib.