ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış və bütün dünyanın onu alqışladığı qeyri-adi bir videoçarx paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, böyük marağa səbəb olan həmin videoçarxda Amerika liderinin planetin hər yerində necə çox sevildiyindən bəhs edən xüsusi musiqi müşayiət olunur.
Mahnıda yer alan “Tramp, Tramp, hara getsəm də, hər kəs Donaldı sevir” sözləri ilə yanaşı, siyasətçiyə pərəstiş edilən konkret ölkə və regionların adları bir-bir sadalanır: Meksika, İtaliya, Yaxın Şərq, Afrika, Çin və Hindistan.
Süni intellektin hazırladığı qrafikalarda ABŞ prezidenti kosmosda, şirin belində, eləcə də Raşmor dağındakı məşhur tarixi Amerika liderlərinin abidəsi arasında görünür. Hətta onun portretinin italyan pizzasının üzərində və Londonun simvolik ikimərtəbəli avtobusunda əks olunması da diqqət çəkir.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan video qısa müddətdə milyonlarla baxış toplayıb.
Son xəbərlər
Son Xəbərlər