Hamlet İsaxanlı qızının döyülməsindən danışdı

hamlet-isaxanli-qizinin-doyulmesinden-danisdi
Oxunma sayı: 9943


“Qafqazinfo” xəbər verir ki, İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: “Mən indi xaricdəyəm. Axmaqlar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”. 

Qeyd edək ki, musavat.com saytının yazdığına görə, Ü. İsaxanlı 09.03.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.