“Harda olmağımızdan asılı olmayaraq hər zaman hərbçi şərəfini uca tutacağıq”

harda-olmagimizdan-asili-olmayaraq-her-zaman-herbci-serefini-uca-tutacagiq
Oxunma sayı: 2198

“26 İyun-silahlı qüvvələr Günü biz kursantlar üçün əlamətdar və qürurverici bir gündür. Hərbin ilkin sirlərinə yiyələndiyimiz bu hərbi təhsil ocağının məzunu olduq. Qarşıda daha da məsuliyyətlə çalışacağımız günlər var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Cəmşid Naxçıvanski adına məktəbin tələbəsi kursant Tamerlan İsmayılov deyib.

Yüksək balla Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olan Tamerlan pilot olmaq istəyir. O, hədəfinə çatmaq üçün çox çalışacağını deyir.

“Sevinirəm ki, əsl vətənpərvər, vətən torpağına olan sevgisini əməlləri ilə sübut etmiş, döyüş meydanında qəhrəmanlıq nümunələri göstərmiş zabitlər tərəfindən bu şərəfli yolda lazımi biliklərə yiyələnmişik. Kursant yoldaşlarım adından söz verirəm ki, gələcəkdə harada olmağımızdan asılı olmayaraq, vətən, dövlət, xalq qarşısında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, hərbçi şərəfini uca tutacağıq. Vətənimizin müdafiəsində məğrur dayanacaq, şəhid qardaşlarımızdan bizə əmanət olan torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq”, - kursant T.İsmayılov əlavə edib.