Hava ilə bağlı - Xəbərdarlıq - Yenilənib

hava-ile-bagli
Oxunma sayı: 1011

Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

***

Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.