“Namizədliyimi irəli sürməyə hazıram, amma Vladimir Putinin də icazəsi lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.
Kadırov bildirib ki, Çeçenistanın Baş naziri Maqomed Daudov Əhməd-Hacı Kadırovun komandası və bütün çeçen xalqı adından ona müraciət edərək, “Vahid Rusiya” partiyasından namizədliyini müəyyən etmək üçün ilkin səsvermədə iştirakını xahiş edib.
Xalqın və komandasının etimadını yüksək qiymətləndirdiyini qeyd edən Kadırov həlledici sözün dövlət başçısında olduğunu vurğulayıb:
“Mən Maqomed Xocamədoviçə və müttəfiqlərimə təşəkkür etdim. Vurğuladım ki, yalnız milli liderimiz, Prezident Vladimir Putin dəstəklədiyi təqdirdə namizədliyimi irəli sürməyə razı olaram”.
Qeyd edək ki, Çeçenistan Respublikasına rəhbər seçkiləri 2026-cı ilin payızında keçiriləcək. Ramzan Kadırov hələ 2023-cü ilin iyulunda qarşıdan gələn seçki kampaniyasında iştirak etmək niyyətini dilə gətirmişdi.
Son xəbərlər
Son Xəbərlər