Hazırda “Tarqovı”... - Video

hazirda-tarqovi
Oxunma sayı: 20147

Xəbər verdiyimiz kimi, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə R.İsmayılov polis tərəfindən məhv edilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri həyata keçirir.

Sözügedən ərazidə hazırda vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:

Amin Nəzərli