“Həbib çempionluq titulundan məhrum edilə bilər” - UFC rəhbəri

hebib-cempionluq-titulundan-mehrum-edile-biler
Oxunma sayı: 8666

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə "UFC"-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə "UFC"nin prezidenti Deyn Uayt bildirib.

"Həbib cərimələnə və ya diskvalifikasiya edilə bilər. Əgər o uzun müddətlik diskvalifikasiya edilərsə, əlbəttə ki, biz onu tituldan məhrum edəcəyik. Əlbəttə, sanksiyalar olacaq".

Uayt əlavə edib ki, rusiyalı döyüşçü keçirdiyi döyüşə görə 2 milyon dollar məbləğində qonorarı araşdırmanın sonuna qədər almayacaq.