Hədə-qorxu ilə pul tələb edən Təranənin əri imiş

hede-qorxu-ile-pul-teleb-eden-teranenin-eri-imis
Oxunma sayı: 12291

Xəbər verdiyimiz kimi, Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs Rasim Həsənov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, saxlanılan şəxs Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

Qeyd edək ki, T.Səmədova dünən instaqram hesabında əri Rasim Həsənovun keçmiş sevgilisi Abbas Səfərovun (Təranə Səmədovanın böyük qızının atası - red.) şikayəti əsasında həbs olunduğunu iddia edib.

Həmçinin oxuyun: Свадьба Гейдара Алиева состоялась в этом ресторане

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. R.Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.