Həftəsonu bu yollar bağlı olacaq

heftesonu-bu-yollar-bagli-olacaq
Oxunma sayı: 543

Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA məluumat yayıb.

Bildirilib ki, təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:

• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;

• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.

“Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilir.