Həkim işləyən anası üçün ağlayan 3 yaşlı uşaq... - Video

hekim-isleyen-anasi-ucun-aglayan-3-yasli-usaq
Oxunma sayı: 2870

Çin KİV ölkənin Yançjou şəhərində Kovid-19 ilə mübarizə aparan xəstəxanada çalışan gənc həkimin 3 yaşlı oğlu ilə uzaqdan görüşməsini əks etdirən görüntüləri yayıb.

“Qafqazinfo”nun məlumatına görə, görüntülərdə oğlunu bir aydır görməyən ananın xəstəxananın balkonundan oğluna əl salladığı, azyaşlının isə ağlayaraq “ana, ana” çağırması əks olunub.

Qeyd edək ki, son məlumatlara görə, koronavirusa 73 minə yaxın insan yoluxub, onlardan 1900-ə yaxın insan ölüb.