HƏMAS azadlığa buraxılacaq fələstinli girovların siyahısını əldə edib

hemas-azadliga-buraxilacaq-felestinli-girovlarin-siyahisini-elde-edib
Oxunma sayı: 1479

HƏMAS noyabrın 27-də azadlığa buraxılacaq fələstinli girovların siyahısını əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

HƏMAS-ın bəyanatında qeyd olunub ki, siyahıda 3 qadın və 30 uşaq var.

Qeyd edək ki, noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək.