YAP-dan parlament seçkiləri ilə bağlı - Açıqlama

yap-dan-parlament-seckileri-ile-bagli
Oxunma sayı: 6041

“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır.  

“Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk”, - deyə T.Budaqov qeyd edib. 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün əvvəl verdiyi açıqlamada noyabrın əvvəli keçirilməli olan parlament seçkilərinin vaxtının irəli çəkiləcəyini bildirmişdi.