İsrail ordusu Rəfahda genişmiqyaslı hücuma başladı

israil-ordusu-refahda-genismiqyasli-hucuma-basladi
Oxunma sayı: 1071

İsrailin Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində terrorçulara məxsus obyektlərə qarşı genişmiqyaslı hücuma başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Walla” portalı yayıb. 

“İsrailin Müdafiə Ordusu son saatlarda artilleriya və aviasiyanın iştirakı ilə Rəfahda terrorçulara məxsus obyektlərə qarşı genişmiqyaslı hücuma başlayıb”, - deyə məlumatda qeyd olunub.