Ticarət mərkəzində itən azyaşlı qız tapıldı - Yenilənib

ticaret-merkezinde-iten-azyasli-qiz-tapildi
Oxunma sayı: 1748

Gəncədə 8 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 7-də baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Məsimova Günel Məsim qızı müraciət edərək 2016-cı il təvəllüdlü qızı Bayramlı Sevinc Samir qızının alış-veriş üçün getdikləri “Grand Qafqaz” ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.

Faktla bağlı Gəncə ŞBPİ-nin 2-ci PŞ-də araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan saytımıza bildirilib ki, Gəncə ŞBPİ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı tapılaraq ailəsinə təhvil verilib.