“Elə bir aktiv ərazi yoxdur ki, dağıdıcı seysmik təkanlar olsun”

ele-bir-aktiv-erazi-yoxdur-ki-dagidici-seysmik-tekanlar-olsun
Oxunma sayı: 1266

“Hazırda ölkədə elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktorun sözlərinə görə, respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir: “Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı da hiss olunmayan təkanlar olub”.