HƏMAS bir neçə əcnəbi girovu azad edə bilər

hemas-bir-nece-ecnebi-girovu-azad-ede-biler
Oxunma sayı: 1103

HƏMAS bir neçə əcnəbi girovu tezliklə azad etmək niyətində olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Haneqbi bildirib ki, İsrail tərəfi Qəzza zolağında girovların azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə sövdələşmənin bağlanmasının mümkünlüyünü hələlik yaxın gələcəkdə görmür.