HƏMAS liderinin evi mühasirəyə alınıb

hemas-liderinin-evi-muhasireye-alinib
Oxunma sayı: 2787

Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın evini mühasirəyə alıb.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O, qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir”, - deyə Netanyahu bildirib.

Qeyd edək ki, Misirin “Al Watan” portalı Fələstin mənbələrinə istinadən iddia edir ki, Sinvar həmin evdə yoxdur.