Həmas, Qətər və ABŞ-nin nümayəndə heyətləri Qahirəyə toplaşdı

hemas-qeter-ve-abs-nin-numayende-heyetleri-qahireye-toplasdi
Oxunma sayı: 684

Həmas, Qətər və ABŞ-nin nümayəndə heyətləri Qəzza zolağında vəziyyətin gərginləşməsinin aradan qaldırılması üçün danışıqların yeni raundu üçün Qahirəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Qahera News” telekanalı məlumat yayıb.

“Həmas, Qətər və ABŞ-dən olan nümayəndə heyətləri Qəzza zolağında gərginliyin azaldılması ilə bağlı danışıqların yeni raundu üçün Qahirəyə gəlib”, - deyə telekanal məlumat yayıb.