HƏMAS tərəfindən öldürülən 826 şəxsin cəsədi müəyyən edildi

hemas-terefinden-oldurulen-826-sexsin-cesedi-mueyyen-edildi
Oxunma sayı: 2123

HƏMAS-ın oktyabrın 7-də baş verən hücumundan bu günə kimi 826 mülki şəxsin cəsədi müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları bu prosesi İsrail Müdafiə Qüvvələrinin, ölkənin Səhiyyə Nazirliyinin, Məhkəmə Tibb İnstitutunun və könüllü təşkilatların nümayəndələri ilə birlikdə həyata keçirib.