Həmin heyətdən sadəcə Bədavi qaldı...

hemin-heyetden-sadece-bedavi-qaldi
Oxunma sayı: 1269

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov Ağdam təmsilçisinin tarixində maraqlı rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli müdafiəçi komandanın həm 2017/18-ci illər mövsümündə, həm də cari mövsümdə Çempionlar Liqasının qrup və pley-off macərasında iştirak edən yeganə futbolçusudur.

Xatırladaq ki, “Qarabağ” həmin mövsümdə “Roma”, “Atletiko Madrid” və “Çelsi” ilə eyni qrupda mübarizə apararaq, 6 oyunda topladığı 2 xalla turnirlə vidalaşmışdı.