Həmyerlisini öldürən Samux sakini tutuldu

hemyerlisini-olduren-samux-sakini-tutuldu
Oxunma sayı: 1191

Samuxda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən 1983-cü il təvəllüdlü Vüqar Həsənov tutulub.

O, mübahisə zəminində rayonun Sərkar kənd sakini, 1990-cı il təvəllüdlü Elşən Məmmədovu bıçaqlayıb. Xəsarət alan E.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli