Hər an istefa verə bilər

her-an-istefa-vere-biler
Oxunma sayı: 496

FIFA prezidenti Canni İnfantino hər an istefa verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Romen Molina özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Məlumata görə, İnfantino FIFA rəsmilərinin dəstəyini və təşkilat üzərindəki nəzarətini itirib, bu səbəbdən də vəzifəsini tərk edə bilər.

Qeyd edək ki, “The Telegraph” nəşri İnfantinonun dünya çempionatındakı payın bir hissəsini özəl investorlara satmaq təklifini nəzərdən keçirdiyini xəbər vermişdi. Mənbənin bildirdiyinə görə, FIFA turnirin idarə olunmasını ayrı bir şirkətə həvalə etməyi və onun səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır.

Xatırladaq ki, bundan öncə UEFA isə FIFA-nın turnir hüquqlarını satacağı təqdirdə 2030-cu ildə keçiriləcək növbəti Dünya Çempionatını boykot edəcəyini bəyan edib. UEFA-ya daxil olan bütün 55 milli assosiasiya boykot ideyasına qoşulub.