“Hər iki ölkə sülh şəraitində yaşamağın nəticələrini daha çox nümayiş etdirməlidir” - Video

her-iki-olke-sulh-seraitinde-yasamagin-neticelerini-daha-cox-numayis-etdirmelidir
Oxunma sayı: 312

“Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı olaraq bu prosesə tam bir töhfəsini görək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Bununla bağlı çox nikbin olduğunu vurğulayan dövlət başçısı deyib ki, əldə edilən nailiyyət, sözün əsl mənasında, həm Azərbaycan, həm Ermənistan, həm də Cənubi Qafqaz üçün böyük bir töhfədir.