Hərbçi müəllim vəfat etdi - Foto

herbci-muellim-vefat-etdi
Oxunma sayı: 1384

Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi-hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbçi ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, R.İsayev müharibədən sonra bir sıra medallarla təltif edilmişdi.