“Hercai”nin Reyyanı basketbolçu ilə sevgilidir

hercainin-reyyani-basketbolcu-ile-sevgilidir
Oxunma sayı: 7199

Daha əvvəl adı müğənni Seda Sayanın oğlu Oğulcan Enginlə hallanan Ebru Şahin şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Hercai” serialının baş qəhrəmanının basketbolçu Cedi Osmanla sevgili olduğu ortaya çıxıb.

Cütlük Alaçatı turizm bölgəsində tanış olub və instaqramda bir-birinə izləmə atıblar.

Türkiyə KİV yazır ki, onlar bir həftədir tətildədir və paparassilərə tuş gəlməməyə çalışırlar.