“Heydər Əliyev İli” çərçivəsində Suraxanıda ağacəkmə aksiyası keçirildi - Fotolar

heyder-eliyev-ili-cercivesinde-suraxanida-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 1422

Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı rayon təşkilatının sədrinin, N saylı hərbi hissənin rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ağacəkmə aksiyasında 1000-ə yaxın ağac əkilib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.