Yemək vərdişləri həzm sisteminin sağlamlığını qorumaq üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin bağırsaqlara faydalı olan qidaların müntəzəm istehlakı digər xəstəliklərin inkişafının qarşısını da almaqda faydalıdır.
“Qafqazinfo” həzmi yaxşılaşdıran meyvələri təqdim edir:
Banan - Liflə zəngin olduğu üçün bağırsaqları tənzimləyir və mədəni sakitləşdirir.
Alma - Tərkibindəki pektin lifləri sayəsində həzmi dəstəkləyir və bağırsaq hərəkətlərini tənzimləyir.
Ananas - Tərkibindəki bromelain fermenti ilə həzmi asanlaşdırır və şişkinliyi azaldır.
Kivi - Yüksək lif tərkibi ilə həzm sistemini stimullaşdıraraq nizamlı bağırsaq hərəkətlərinə kömək edir.
Naringi - Bağırsaqların aktiv işləməsi üçün faydalı olan C vitamini ilə zəngindir.