Hindistanda hərbi təyyarə qəzaya düşdü, 5 nəfər öldü - Video - Yenilənib

hindistanda-herbi-teyyare-qezaya-dusdu-5-nefer-oldu
Oxunma sayı: 379

Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. 

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Corhat şəhərində təyyarə eniş etmək istərkən baş verib. 

Xəsarət alanların olub-olmaması ilə bağlı hələ məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.

“NDTV” telekanalı isə təyyarənin aviabazanın ərazisində qəzaya düşdüyünü və yanğın qeydə alındığını bildirib.

***

Qəza nəticəsində 5 hərbçi həlak olub. Təyyarənin ikinci pilotu isə yaralı halda xəstəxanaya çatdırılıb.