Hindistanda Argentinalı futbolçu Lionel Messinin 20 metrlik heykəli təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Ole” məlumat yayıb.
Heykəlin rəsmi açılışı 70 min tamaşaçı tutumuna malik Kolkata şəhərindəki “Salt Leyk” stadionunda baş tutacaq. Daha sonra heykəl Dieqo Maradonanın şərəfinə ucaldılan abidənin yanında qoyulacaq.
Messi təhlükəsizlik baxımından açılış mərasimini video link vasitəsilə izləyəcək.
Son xəbərlər
Son Xəbərlər