“Hislərimi ifadə edə bilmirəm”- - İlqar Mikayıloğlu

hislerimi-ifade-ede-bilmirem-
Oxunma sayı: 6897


“Qafqazinfo”nun axsam.az-a istinadən məlumatına görə, aparıcı deyib ki, məhkəmə prosesində iştirak edib: 

“Hadisələr gözümün önündə baş verdi. Bacım şərti olaraq 70-ci maddə ilə azadlığa buraxılıb. Hazırda hisslərimi tam ifadə edə bilmirəm. Bu elə bir haldır ki, nə sevinə, nə də kədərlənə bilirsən”. 

Xatırladaq ki, bu gün Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq millət vəkilinin üç il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı