Hitlerin evi polis bölməsi olacaq

hitlerin-evi-polis-bolmesi-olacaq
Oxunma sayı: 1630

Avstriya höküməti Üçüncü reyxin lideri Adolf Hitlerin doğulduğu evdə polis bölməsinin fəaliyyət göstərəcəyi ilə bağlı açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Deutche Welle” yazıb.

Binanın taleyi bir neçə il ərzində həll olunub. Belə ki, bir vaxtlar onun neomillətçilər üçün müqəddəs abidəyə çevrilməməsi üçün əvvəlcə onu sökmək istəyirdilər.

Qeyd edək ki, 2017-ci ildə hökümət binanı keçmiş sahibindən 812 min avroya alıb. Əvvəlcə qadına 1,5 milyon avro məbləğində kompensasiya ödənilib, lakin Maliyyə Prokurorluğu bu cür qərarla razılaşmayıb.