“Hizbullah”dan İsrailə cavab zərbəsi gəldi

hizbullahdan-israile-cavab-zerbesi-geldi
Oxunma sayı: 4043

“Hizbullah” döyüşçüləri Qərbi Qalileydə “Burkan” raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, hücumda “Cel əl-Aləm” yüksəkliyindəki radiolokasiya, həmçinin bir sıra yaşayış müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb.

Qeyd olunub ki, bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirilib.