Horadizdə polis özünü güllələdi - Yenilənib

horadizde-polis-ozunu-gulleledi
Oxunma sayı: 5139

Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün baş verib. Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Nizam Rza