İran tərəfindən Hörmüz boğazında keçidlərin tənzimlənməsi məqsədilə yaradılan “Fars Körfəzi Su Yolu İdarəsi” boğazda nəzarət etdiyi sərhəd bölgələrini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, qurumun məlumatına əsasən, nəzarət zonası Hörmüz boğazının şərq hissəsində İrandakı Mübarək dağı bölgəsi ilə BƏƏ ərazisində yerləşən Cənubi Füceyra xətti arasındakı sahəni əhatə edir.
Bildirilib ki, qərb istiqamətində sərhəd xətti isə İrana məxsus Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn bölgəsi arasında müəyyən olunub.
Bundan əvvəl, mayın 4-də IslaSEPAH-ın Hərbi Dəniz Qüvvələri Komandanlığı da Hörmüz boğazında nəzarət etdikləri ərazilərlə bağlı paylaşdığı xəritədə eyni sərhədləri göstərmişdi.

Son xəbərlər
Son Xəbərlər