Hücumlarda ölən ABŞ əsgərlərinin sayı - Açıqlandı

hucumlarda-olen-abs-esgerlerinin-sayi
Oxunma sayı: 828

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı həlak olan ABŞ əsgərlərinin sayının 6-ya çatdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun sosial media hesabında yayılan məlumatda bildirilir.

Qeyd edilib ki, döyüş əməliyyatları zamanı 6 ABŞ hərbçisi həyatını itirib.

Açıqlamada vurğulanıb ki, İranın bölgədə həyata keçirdiyi ilkin hücumlar zamanı vurulan obyektdə itkin düşdüyü bildirilən iki əsgərin meyiti tapılıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu hadisə Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edib.

İran tərəfi isə cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir sıra regional hədəflərə, eləcə də İsrail ərazisinə zərbələr endirdiyini açıqlayıb.

İran Qızıl Aypara Cəmiyyəti isə ölkəyə qarşı həyata keçirilən bombardmanlar nəticəsində 555 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını bildirib.