“Hyundai” 10 qoyunu vurub öldürdü - Foto

hyundai-10-qoyunu-vurub-oldurdu
Oxunma sayı: 1686

Ağcabədi rayonunda avtomobil qoyun sürüsünü vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Mingəçevir- Bəhramtəpə yolunun Ağcabədi rayonunun Gələbədini kəndindən keçən hissəsində baş verib.

Kənd sakinləri Ələsgər Ələsgərov və Allahyar Həsənov özlərinə aid qoyun sürüsünü yoldan keçirmək istəyərkən yüksək sürətlə hərəkət edən “Hyundai Sonata” markalı minik maşını heyvanları vurub. Nəticədə, 10 baş qoyun ölüb, 11-i yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli