“Hyundai” ağaca çırpıldı, yaralılar var - Foto

hyundai-agaca-cirpildi-yaralilar-var
Oxunma sayı: 635

Füzuli rayonunda minik avtomobili ağaca çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı şam ağacına çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü və 2 sərnişini xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı