İcra başçısı sakinlərlə görüşdü

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, görüşdə başçı ilə yanaşı rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak edib.160 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər və ölkənin birincixanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ümumillikdə rayonda gördüyü məqsədyönlü işləri, o cümlədən Binə qəsəbəsində cari ildə 121 saylı məktəbin sökülərək yenidən tikilməsi, 326 saylı 3 mərtəbəli 660 yerli məktəb binasının tikilərək hazır vəziyyətə gətirilməsi, 66 və 317 saylı bağçanın əsaslı təmir olunduğu, yeni müasir tipli stodionun açılışı üçün hazırlıq işlərinin aparıldığını, Əliİ sazadə küçəsindəki yeni kanalizasiya xəttinin çəkilişi və qəsəbədə su anbarının tikintisinin davam etməsi barədə məlumat verdi.

Görüşdə Binə qəsəbə sakinləri çıxış edərək qəsəbədə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.