Aprelin 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 114 saylı tam orta məktəbdə Əmircan qəsəbəsinin, aprelin 23-də isə 315 saylı tam orta məktəbdə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşlərdə RİH başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Adil Əliyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
RİH başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib, məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.