III MDB Oyunları Azərbaycanda keçiriləcək

iii-mdb-oyunlari-azerbaycanda-kecirilecek
Oxunma sayı: 2666

MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurası II və III MDB Oyunlarının keçirilmə yerini və vaxtını müəyyən edib.

“Qafqazinfo”nun TASS-a istinadən xəbərinə görə, bu barədə Birliyin İcraiyyə Komitəsinin mətbuat xidməti şuranın növbədənkənar iclasının yekunlarına görə məlumat verib.

"II Oyunlar 2023-cü ildə Belarusda keçiriləcək. 2025-ci ildə III Oyunların keçiriləcəyi yer Azərbaycan olacaq", - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrda Kazanda ilk MDB Oyunları keçirilib. Onlarda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan 14-23 yaş arası 1139 idmançı iştirak edib. Oyunların proqramına 16 idman növü daxil olub. Müsabiqə əvvəlcə 2020-ci ilin avqustunda keçirilməli idi, lakin pandemiya səbəbindən təxirə salınıb.

Oyunların keçirilməsi ideyası Rusiya tərəfindən irəli sürülüb, təklif MDB Dövlət Başçıları Şurasının 2018-ci il sentyabrın 28-də Düşənbədə keçirilən iclasında dəstəklənib. Oyunlar xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Birlik ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin praktiki həyata keçirilməsi məqsədilə baş tutur.