III MDB Oyunları Xankəndidə də keçiriləcək

iii-mdb-oyunlari-xankendide-de-kecirilecek
Oxunma sayı: 3257

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində 1 idman növü üzrə yarış Xankəndidə təşkil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclasında bildirilib.

Qeyd edilib ki, III MDB Oyunları Gəncə şəhərində və digər 6 şəhərdə sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək.