İki gün toy edəcəklər

iki-gun-toy-edecekler
Oxunma sayı: 543

Musiqi dünyasının ulduzu Dua Lipa və kino aktyoru Kallum Törner uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, cütlük gizli şəkildə nişanlanıb və artıq toy tarixini də müəyyənləşdirib.

İtaliya mətbuatının yazdığına əsasən, onların nikah mərasimi 2026-cı ilin sentyabr ayında Palermo şəhərində baş tutacaq. Toyun 5-7 sentyabr aralığında, iki gün davam edəcəyi bildirilir.

Yaxın mənbələr cütlüyün mərasimi böyük tədbir kimi planlaşdırdığını, qonaqların isə xüsusi təşkilatçıqlıqla İtaliyaya aparılacağını iddia edir.

Dua Lipa daha əvvəl nişan xəbərini təsdiqləsə də, evliliyə tələsmədiklərini bildirmişdi. Lakin son aylarda onların toy hazırlıqlarına başladığı qeyd olunur.

Qeyd edək ki, Lipa və Törnerin münasibəti 2024-cü ildən bəri ictimaiyyətin diqqətindədir və onların tez-tez birlikdə görüntülənməsi media və sosial şəbəkələrdə geniş müzakirə olunur.