İki icra başçısının həbs müddəti uzadıldı

iki-icra-bascisinin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2694

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan iki icra başçısının həbs müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail rayon məhkəməsi ötən il dekabrın 7-də saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbsdə qalma müddətini 3 ay uzadıb.

2020-ci il avqustun 19-da həbs edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da Binəqədi rayon Məhkəməsinin qərarı ilə daha 3 ay dəmir barmaqlıqlar arxasında qalacaq.

Onlar rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və mənimsəmədə ittiham edilirlər.