İki saatdan çox davam edən görüş başa çatdı

iki-saatdan-cox-davam-eden-gorus-basa-catdi
Oxunma sayı: 500

Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar yekunlaşıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar iki saatdan çox davam edib. 

Dehlidəki Heydərabad sarayında baş tutan görüşün sonunda imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Bildirilib ki, qəbul edilmiş birgə bəyanatda siyasət, iqtisadiyyat, energetika, təhlükəsizlik, nəqliyyat, təhsil və mədəniyyət sahələrində perspektivli əməkdaşlıq üçün geniş planlardan bəhs edilir. 

Xatırladaq ki, V. Putinin Hindistana rəsmi səfəri ötən gün başlayıb. Onu Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasında N. Modi şəxsən qarşılayıb. Səfər çərçivəsində Putinin Hindistan Prezidenti Draupadi Murmu ilə də görüşü planlaşdırılıb.